"Arsenal"dan ayrılan Aleksandr Lyakazett karyerasını Lion "Olimpik"ində davam etdirəcək. Matc.az Fransa klubunun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı hücumçu 3 illik müqaviləyə imza atıb.
 
Lyakazettin London klubu ilə müqaviləsinin müddəti başa çatdığından o, Lion təmsilçisinə azad agent kimi gəlib.
 
Fransa təmsilçisinin bununla bağlı açıqlamasında deyilir: "31 yaşlı  forvard bir çox klublardan təklif alsa da, o, yetişdiyi və böyük futbolçu olduğu "Olimpik"ə qayıtmağı məqsədəuyğun sayıb. Lyakazetin dönməsi son bir neçə ayda bizim əsas prioretimiz idi".
 
Lyakazett 2017-ci ildə məhz Lion klubundan "Arsenal"a keçmişdi. Fransalı hücumçu "topçular"ın heyətində 206 oyunda 71 qol vurub və 36 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest