İngiltərənin "Liverpul" klubu hücumçusu Divok Origi ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
27 yaşlı hücumçunun iyunun sonunda başa çatacaq müqaviləsinin müddəti uzadılmayıb. Belçika millisinin üzvü komandanı azad agent qismində tərk edib.
 
Bundan əlavə, "Liverpul" qapıçı Loris Karius və icarə əsasında başqa komandalarda oynayan Şeyi Odjo və Ben Vudburnla da yollarını ayırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest