Futbol üzrə Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında növbəti oyununa çıxıb. Matc.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda C Liqasının 3-cü qrupunda Slovakiya yığmasını qəbul edib.

"Dalğa Arena"da baş tutan qarşılaşmanı Litvadan olan hakimlər briqadası idarə edib.

Azərbaycan seçməsi ilk görüşündə səfərdə Qazaxıstana 0:2 hesabı ilə uduzmuş, daha sonra isə Serbiyada Belarusla heç-heçə etmişdi – 0:0. İlk turda Serbiyada Belarusa 1:0 hesabı ilə qalib gələn slovaklar isə ikinci qarşılaşmasında Qazaxıstana eyni hesabla uduzmuşdu. Bu yenilgidən sonra baş məşqçi Ştefan Tarkoviç istefaya göndərilmişdi.

Azərbaycan millisi indiyədək Slovakiya ilə 6 dəfə üz-üzə gəlmişdi. Bu matçların 5-də məğlub olan yığma yalnız 2001-ci ildə Bakıda Dç-2002-nin seçmə mərhələ oyununda qələbə qazanmışdı. Budəfəki qarşılaşmada da qələbəni slovaklar bayram ediblər.

Qrupun digər görüşündə Belarus yığması Serbiyada Qazaxıstanla qarşılaşacaq.

UEFA Millətlər Liqası
C Liqası, 3-cü qrup
10 iyun

Azərbaycan – Slovakiya 0:1
Qol: V.Vayss, 81.
Baş hakim: Donatas Rumsas (Litva).
Bakı. "Dalğa Arena".

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 3. Azər Salahlı, 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev (k), 6. Höccət Haqverdi, 8. Emin Mahmudov, 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 14. Eddi İsrafilov, 18. Cəlal Huseynov, 20. Riçard Almeyda.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Səlahət Ağayev, 2. Qara Qarayev, 7. Namik Ələskərov, 10. Mahir Emreli, 13. Abbas Hüseynov, 15. Bədavi Hüseynov, 16. Dmitri Nazarov, 17. Coşqun Diniyev, 19. Anton Krivotsyuk, 21. Anatoli Nuriyev, 22. Aleksey İsayev.
Baş məşqçi: Canni De Byazi.
Slovakiya: 1. Marek Rodak, 2. Peter Pekarik (k) 3. Vernon de Marko, 4. Martin Valyent, 5. Lübomir Şatka, 6. David Strelets, 10. Albert Rusnak, 11. Tomaş Suslov, 13. Patrik Hroşovski, 17. Lukaş Qaraslin, 22. Stanislav Lobotka.
Ehtiyat oyunçular: 12. Frantişek Plaç, 23. Dominik Takaç, 7. Vladimir Vayss, 8. Andrey Duda, 9. Kristian Herç. 14. İvan Meşik, 15. Martin Reqali, 16. Martin Koşçelnik, 18. İvan Şçrans, 19. Yuray çvatal, 20. Ladislav Almasi, 21. Matoş Bero.
Baş məşqçi: Samuel Slovak.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest