Braziliyanın "Flamenqo" klubunun baş məşqçisi Paulo Souza istefaya göndərilib. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv olunub.
 
Baş məşqçi səlahiyyətlərini müvəqqəti olaraq U-20 komandasını çalışdıran Mario Xorxe icra edəcək. "Flamenqo"da bu posta Dorival Juniorun gətiriləcəyi gözlənilir.
 
Paulo Souza komandaya 2021-ci ilin dekabrında baş məşqçi təyin olunmuşdu. Portuqaliyalı mütəxəssisin sözləşməsi 2023-cü ildə başa çatmalı idi.
 
"Flamenqo" cari mövsümdə A Seriyasında 10 turdan sonra 12 xalla 14-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest