Futbol üzrə Slovakiya yığmasının müdafiəçisi Peter Pekarik UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb

Futbol üzrə Slovakiya yığmasının müdafiəçisi Peter Pekarik UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, bu gün Bakıda baş tutacaq matçla bağlı bunları söyləyib:
 
"Rəqibimiz müdafiə futboluna üstünlük verən və meydanın mərkəzində təcrübəli oyunçulara malik komandadır. Rəqibə oyun sahəsi versək, kombinasiyalı hücumlar qura bilərlər. Fəallıq, konsentrasiya və gücümüzü artırmalıyıq. Yalnız Qazaxıstana qarşı çıxışımız görüşün gedişini alt-üst etdi. çoxlu vəziyyətimiz olmadı, amma əldə etdiyimiz imkanlardan yararlanmalı idik".
 
Pekarik baş məşqçi Ştefan Tarkoviçin istefaya göndərilməsi barədə də danışıb: "Bu, komandamız üçün heç də asan olmadı. Onunla peşəkarcasına vidalaşdıq. Qazaxıstanla matçdakı nəticəyə görə hamımız günahkarıq".
 
Bu gün "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Slovakiya matçına saat 20:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest