Mini-futbol üzrə Azərbaycan milli komandası Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında bu gün yarımfinal oyununa çıxacaq. Matc.az xəbər verir ki, Azərbaycan yığması Qazaxıstan millisi ilə üz-üzə gələcək. Oyuna saat 20:30-da start veriləcək?
 
Cütün qalibi finalda Bolqarıstan – Rumıniya duelinin güclüsü ilə qarşılacaq. Yarımfinalda uduzanlar isə 3-cü yer uğrunda görüşdə üz-üzə gələcəklər.
 
Azərbaycan millisi 1/4 finalda Slovakiyanı 1:0, Qazaxıstan isə əsas vaxtı 1:1 hesabı ilə yekunlaşmış qarşılaşmada Macarıstanı penaltilərlə 4:3 hesabı ilə məğlub edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest