Futbol üzrə Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsinin III turu çərçivəsində Slovakiya ilə qarşılaşacaq. Matc.az xəbər verir ki, baş məşqçi Canni De Byazinin bu oyunda hansı heyətə güvənəcəyi müəyyənləşib.

Belə ki, italiyalı mütəxəssis son oyunda güvəndiyi heyətə toxunmamaq qərarına gəlib. Düzdü, komandamız Serbiyada qarşılaşdığı Belarusla matçda qalib gələ bilməsə də, uduzmamışdı – 0:0. Görünür, məhz bu üzdən Byazi start heyətlə bağlı ciddi dəyişikliyə ehtiyac duymayıb.

Bu dəfə də qapını Şahruddin Məhəmmədəliyev qoruyacaq. "Beşli" müdafiənin mərkəzində yenə Bəhlul Mustafazadə, Cəlal Hüseynov və Höccət Haqverdi oynayacaqsa, Maksim Medvedev və Azər Salahlı cinahlardan hücuma dəstək verməyə çalışacaq. Yarımmüdafiə xəttində Eddi İsrafilov, Riçard Almeyda və Emin Mahmudov yer alacaq. Renat Dadaşovla Ramil Şeydayev isə qol ümidlərimiz olacaq.

Bu gün "Dalğa Arena"da baş tutacaq Azərbaycan - Slovakiya matçına saat 22:00-da start veriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest