"Barselona" klubu futbolçusu Serxi Roberto ilə müqavilənin müddətini uzadıb. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
30 yaşlı müdafiəçi 2023-cü ilin yayınadək "Barsa"da oynayacaq. Anlaşmaya görə, onun təzminat məbləği 400 milyon avrodur.
 
Serxi Roberto 2010/11 mövsümündən əsas komandada çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest