İspaniya La Liqasının rəhbəri Xavyer Tebas "Bayern"in" hücumçusu Robert Levandovskinin "Barselona"ya keçidinə şübhə ilə yanaşır. Matc.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, o, Kataloniya klubunun polşalı futbolçunu almaq gücündə olmadığı qənaətindədir:
 
"Barselona" hazırda Levandovskini ala bilməz".
 
Xəbərdə bildirilir ki, 33 yaşlı futbolçunun çevrəsi Tebasın bu sözlərini təəccüblə qarşılayıblar.
 
Qeyd olunur ki, hücumçunun agenti izahat almaq üçün Kataloniya klubunun prezidenti Xuan Laportaya zəng edib. Laporta agenti sakitləşdirib, lakin La Liqa rəhbərinə çox qəzəblənib və onun davranışını klubun transfer siyasətinə müdaxilə kimi şərh edib.
 
Daha sonra "Barsa"nın prezidenti klubun mətbuat xidmətinə kəskin açıqlama verib: "Bu, onun işi deyil. Bu, "Barselona"ya zərər vermək istəyidir".
 
ötən mövsüm Levandovski bütün turnirlərdə "Bayern"in heyətində 47 oyunda 50 qol vurub və 7 məhsuldar ötürmə verib. Hücumçunun klubla müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest