"Barselona"nın yarımmüdafiəçisi Qavi klubu ilə yeni müqavilə imzalamağa yaxındır. Matc.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
 
Futbolçunun agenti bu gün klub nümayəndələri ilə görüşərək, yeni müqavilə ilə bağlı razılığa gələcək.
 
17 yaşlı Qavinin təzminat məbləği 1 milyard avro olacaq (əvvəllər bu, 50 milyon avro idi). Yarımmüdafiəçinin özü isə klubla 5 illik müqavilə imzalayacaq.
 
Qavinin "Barselona" ilə hazırkı müqaviləsi 2023-cü ilin iyun ayına qədərdir. Lakin onu Avropanın bir sıra nəhəng klubları heyətinə qatmağa çalışır. Xüsusilə İngiltərə klublarından iki təklif olduğu bildirilir. Hətta təkliflərdən biri 17 yaşlı ispaniyalıya ildə 9 milyon avro ödəməyə hazır olan "Liverpul"dan gəlib.
 
Yarımmüdafiəçinin özü və ətrafı Kataloniya klubu ilə müqaviləni uzatmaq istəyir. Lakin "Barselona" Qaviyə illik 2 milyon avro maaş təklif edir ki, bu da futbolçunun və onun agenti İvan de La Penyanın tələbindən qat-qat azdır. 
 
Qavi illik maaş artımı ilə 4 illik müqavilə imzalamaq istəyir: birinci ildə 4 milyon avro, ikinci ildə 5, üçüncü ildə 6 milyon avro.
 
Qavi ötən mövsüm kataloniyalıların heyətində bütün turnirlərdə 47 matçda 2 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest