Mini-futbol üzrə Azərbaycan millisi Slovakiyanın Koşitse şəhərində təşkil olunmuş Avropa çempionatında bu gün növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, Elşad Quliyevin başçılıq etdiyi yığmamız yarımfinalda Qazaxıstan millisi ilə qarşılaşıb.
 
Beş qolun qeydə alındığı oyundan qalib ayrılan Azərbaycan millisi finala yüksəlib. Həlledici oyunda rəqib iki dəfə hesabda önə keçsə də, Bəxtiyar Soltanov 18-ci, Tural Nərimanov 26-cı dəqiqədə bərabərlik qollarını vurub. Oyunda son nöqtəni isə 32-ci dəqiqədə Samir Həmzəyev qoyub - 3:2.
 
Elşad Quliyevin baş məşqçi olduğu Azərbaycan yığması həlledici görüşdə Bolqarıstan – Rumıniya cütünün qalibi ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest