Slovakiya yığmasının yarımmüdafiəçisi Lukas Haraslin UEFA Millətlər Liqasının Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib

Slovakiya yığmasının yarımmüdafiəçisi Lukas Haraslin UEFA Millətlər Liqasının Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, Bakıda 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra bunları söyləyib:
 
"Qələbə qazandığımız üçün sevincliyəm. Qazaxıstanla matçdakı məğlubiyyətdən sonra tez toparlanmaq istəyirdik. Şadam ki, buna nail olduq. Bu oyunda fərqlənmək istəyirdim. Amma bəxtim gətirmədi".
 
Xatırladaq ki, Haraslin Azərbaycan yığması ilə görüşün 85-ci dəqiqəsində topu qapıdan keçirsə də, oyundan kənar vəziyyət qeydə alınıb.
 
Bu matçda vurulan yeganə qolun müəllifi Vladimir Vayss isə bunları söyləyib: 
 
"Oyunun asan olmayacağını bilirdik. 90 dəqiqə də bunu təsdiqlədi. Qol vuracağımıza inanırdıq. Şadam ki, bu, baş verdi. Qrupun favoriti olduğumuzu bilirik. Təəssüf ki, bu yaxınlarda baş məşqçimiz istefaya göndərildi. Buna baxmayaraq, gücümüzü göstərdik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest