Futbol üzrə Bolqarıstan yığmasının üzvləri Gürcüstanın paytaxtı Tiflisdə qəzaya düşüb. Matc.az xəbər verir ki, hadisə futbolçuların hava limanından iki avtobusla mehmanxanaya çatdırılması zamanı baş verib.
 
Bir avtobusun digəri ilə toqquşması nəticəsində komandanın üzvü Todor Nedelev xəsarətlər alıb və xəstəxanaya çatdırılıb. Yığmanın digər üzvləri arasında yaralanan olmayıb.
 
İnsidentlə bağlı araşdırmalara başlanılıb.
 
Xatırladaq ki, Bolqarıstan yığması iyunun 12-də UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində "Dinamo Arena"da Gürcüstan millisinin qonağı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest