Ektor Kuper Konqo Demakratik Respublikası millisinin baş məşqçisi postundan istefaya göndərilib. Matc.az xəbər verir ki, buna sözügedən yığmanın Afrika Millətlər Kubokunun seçmə mərhələsində zəif çıxışı səbəb olub.
 
"Bəbirlər" qrupdakı ilk iki matçda Qabona (0:1) və Sudana (1:2) məğlub olduqdan sonra ölkənin idman nazirliyi Kuperlə müqaviləyə xitam verməyi qərara alıb. 
 
Argentinadan olan 66 yaşlı mütəxəssis 2021-ci ilin may ayından sözügedən komandaya rəhbərlik edirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest