Türkiyənin "Adana Dəmirspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Super Liqa təmsilçisi "Real Sosyedad"ın müdafiəçisi Kevin Rodrigesi transfer edib. Futbolçu ilə 3 illik müqavilə imzalanıb.
 
28 yaşlı oyunçu Portuqaliya millisində 3 matç keçirib.
 
2016-cı ildən "Real Sosyedad"da çıxış edən futbolçu geridə qalan mövsümü icarə əsasında La Liqanın digər təmsilçisi "Rayo Valyekano"da keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest