"Neftçi"nin baş məşqçi postuna namizədlərdən olan Viktor Qonçarenko Səudiyyə Ərəbistanında işləyə bilər.

"Neftçi"nin baş məşqçi postuna namizədlərdən olan Viktor Qonçarenko Səudiyyə Ərəbistanında işləyə bilər. Matc.az Rusiya mətbuatına istinadən xəbər verir ki, belaruslu mütəxəssisin bu ölkənin adı açıqlanmayan klubu ilə yaxın günlərdə müqavilə imzalayacağı bildirilib.
 
"Neftçi"nin baş məşqçisi postuna digər namizəd isə "Şerif"dən ayrılan ukraynalı məşqçi Yuri Vernidubdur. Amma Vernidub da bir neçə gün əvvəl verdiyi açıqlamada ölkəsinə hücum edən Rusiya silahlılarına qarşı döyüşmək istədiyini, Ukraynadan ayrılmağı düşünmədiyini demişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest