"Real"ın sabiq baş məşqçisi Zinəddin Zidanın müşaviri Alen Miqyaçio fransalı məşqçinin PSJ-yə keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Matc.az "Ekip" nəşrinə istinadən xəbər verir ki, Miqyaçio şayiələri əsassız adlandırıb:
 
"Bütün şayiələr əsassızdır. Bu gün Zidanı təmsil etməyə və ona məsləhət verməyə icazə verilən yeganə insan mənəm. PSJ-nin sahibi ilə birbaşa əlaqə saxlamamışıq. Qətər əmirinin həqiqətən də Zinəddini baş məşqçi təyin etməkdə maraqlı olduğuna belə, əmin deyiləm. Əlahəzrət Qətər əmiri Şeyx Təmim bin Həməd Al Taninin öz işlərini idarə etmək və Paris klubunun gələcəyi ilə bağlı mühüm qərarlar qəbul etmək üçün sosial mediaya və ya mediaya müraciət etmək vərdişinə də çox şübhə edirəm". 
 
Zidan 2016-2018 və 2019-2021-ci illərdə "Real"ı çalışdırıb. Onun rəhbərliyi altında Madrid klubu ardıcıl üç çempionlar Liqası da daxil olmaqla 11 kubok qazanıb.
 
PSJ ötən mövsüm 38 oyundan 86 xal toplayaraq Fransa çempionatının qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest