Madrid "Real"ının yay fasiləsində heyətinə cəlb etdiyi ikinci futbolçu rəsmən müəyyənləşib. Matc.az xəbər verir ki, İspaniya klubu Antonio Rüdigerdən sonra "Monako"nun yarımmüdafiəçisi Orelyen Tçuameni də transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Lakin 22 yaşlı yarımmüdafiəçinin müqaviləsinin müddəti və digər detalları barədə məlumat verilməyib.
 
İspaniya mətbuatının yaydığı məlumata görə, "Real" 22 yaşlı yarımmüdafiəçi üçün 100 milyon avrodan çox pul ödəyib. Fransız oyunçu ilə 2028-ci ilə qədər müqavilə imzalanıb.
 
Geridə qalan mövsümdə Tçuameni "Monako"nun heyətində 50 oyunda 5 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest