"Real" çempionlar Liqasının 1/8 final mərhələsində "Ayaks"la bu gün keçiriləcək ilk oyuna itki ilə çıxa bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, müdafiəçi Rafael Varanın görüşdə iştirakı sual altına düşüb.

Buna səbəb qarşılaşma öncəsi Fransa millisinin üzvünün qripə yoluxmasıdı. Bu üzdən 25 yaşlı mərkəz müdafiəçisi komandanın dünənki məşqində iştirak etməyib. Varanın meydana çıxıb-çıxmayacağına baş məşqçi Santiaqo Solari oyunöncəsi qərar verəcək.

Qeyd edək ki, "Ayaks" - "Real" oyunu Bakı vaxtı ilə 00:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest