İtaliyalı mütəxəssis Andrea Pirlo məşqçilik karyerasını Türkiyədə davam etdirəcək. Matc.az xəbər verir ki, 43 yaşlı çalışdırıcı Super Liqa təmsilçilərindən "Fatih Karagümrük"ün baş məşqçi postunu tutub.
 
"Maestro"nun təyinatı barədə məlumatı klubun mətbuat xidməti yayıb. Müqavilənin müddəti ictimaiyyətə açıqlanmayıb.
 
Xatırladaq ki, Pirlonun son iş yeri 2020/2021 mövsümündə rəhbərlik etdiyi "Yuventus" olub. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest