PSJ-nin yarımmüdafiəçisi Anxel Di Mariya cəzalandırıla bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb onun çempionlar Liqasının 1/8 final mərhələsində "Mançester Yunayted"lə səfər görüşündəki davranışıdı.

Məsələ burasındadı ki, Kimpembenin vurduğu ilk qoldan sonra argentinalı futbolçu azarkeşlərə tərəf etik olmayan hərəkətə yol verib. Qitə futbol qurumunun Nizam-İntizam Komitəsi onun bu addımını araşdıracaq. Əgər Di Mariyanın davranışının uyğunsuz olduğu təsdiqlənsə, ulduz futbolçu diskvalifikasiya ediləcək.

Qeyd edək ki, "Mançester Yunayted" - PSJ oyunu qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest