İngiltərənin "Liverpul" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Portuqaliyanın "Benfika" komandasından Darvin Nunesi transfer edib.
 
Bu barədə "Benfika"nın mətbuat xidməti məlumat yayıb. İngiltərə klubu isə hələ transferi açıqlamağa tələsmir.
 
"Liverpul" bu transferə görə "Benfika"ya 75 milyon avro ödəyib. Amma bonuslarla bu məbləğ 100 milyon avroya yüksələ bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest