Futbol üzrə Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsinin IV turu çərçivəsində Belarus yığması ilə qarşılaşacaq. Matc.az xəbər verir ki, baş məşqçi Canni De Byazinin bu oyunda hansı heyətə güvənəcəyi müəyyənləşib.
 
İtaliyalı mütəxəssis əvvəlki oyunlarda olduğu kimi, bu dəfə də qapını Şahruddin Məhəmmədəliyevə tapşıracaq.
 
"Beşli" müdafiənin mərkəzində yenə Bəhlul Mustafazadə, Cəlal Hüseynov və Höccət Haqverdi oynayacaq. Zədəli olan Maksim Medvedev bu dəfə kənarda qalacaq. Onun əvəzində "Qarabağ"dakı komanda yoldaşı Abbas Hüseynov ilk dəqiqələrdən mübarizə aparmaq hüququ qazanıb. Azər Salahlı isə sol cinahdan hücuma dəstək verməyə çalışacaq.
 
Yarımmüdafiə xəttində dəyişiklik yoxdur. Eddi İsrafilov, Riçard Almeyda və Emin Mahmudov yenə ilk dəqiqələrdən meydanda olacaq.
 
Hücum xəttində də yenə ilk dəqiqələrdən Renat Dadaşovla Ramil Şeydayev oynayacaq.
 
Bu gün "Dalğa Arena"da baş tutacaq Azərbaycan - Slovakiya matçına saat 20:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest