Futbol üzrə Belarus yığmasının müdafiəçisi Roman Bequnov UEFA Millətlər Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb

Futbol üzrə Belarus yığmasının müdafiəçisi Roman Bequnov UEFA Millətlər Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, Belarus Futbol Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
 
"Azərbaycan və Qazaxıstan yığmalarının fərqi ondan ibarətdir ki, azərbaycanlılar daha çox topla oynamağa çalışır. Onların cəld, sürətli və texnikalı oyunçuları var. Qazaxıstanla oyunda qol epizodlarımız var idi, sadəcə, ikinci qolumuz çatışmadı. Qapıçı bizi kritik anlarda xilas etdi. Təəssüf ki, hələ də bəxtimiz və bacarığımız çatışmır. Azərbaycana qarşı daha kompakt və aqressiv oynamalı olacağıq. Onlara boş zona çox verməməliyik. Təbii ki, daha sürətli olmalıyıq".
 
Bu gün "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Belarus matçına saat 20:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest