Madrid "Real"ı braziliyalı müdafiəçisi Marselo ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu gün təcrübəli futbolçu ilə vida mərasimi keçirilib.
 
Tədbir zamanı 15 ildir komandada çıxış edən "sambaçı" göz yaşlarına hakim ola bilməyib:
 
"özümə söz vermişdim ki, çıxışım zamanı normal danışacam. Amma alınmadı".
 
Marselo Madrid komandasında son oyununu çempionlar Liqasının finalında, 1:0 hesabı ilə qalib gəldikləri "Liverpul"a qarşı keçirib. "Kral klubu"nun heyətində ümumilikdə 545 oyuna çıxan futbolçu 38 qol və 103 məhsuldar ötürmə ilə yadda qalıb. Onun aktivində 6 İspaniya çempionluğu, 5 ölkə superkuboku, 2 UEFA superkuboku və 5 çempionlar Liqası titulu var.
 
Marselonun karyerasını Türkiyə, çin və ya BƏƏ klublarından birində davam etdirəcəyi bildirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest