"Qəbələ" iki futbolçu ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, qapıçı Nicat Mehbalıyev və yarımmüdafiəçi Ehtiram Şahverdiyev 2022-2023-cü illər mövsümündən "qırmızı-qara" formada çıxış etməyəcək.

2021-ci ilin yayından "Qəbələ"nin şərəfini qoruyan Nicatın icarə müddəti başa çatıb. O, 2021-2022-ci illər mövsümündə "qırmızı-qaralar"ın heyətində 28 oyun keçirib.
 
Ehtiramla başa çatan müqavilənin müddəti uzadılmayıb. "Qəbələ"də 2015-2016-cı illər mövsümündə debüt edən futbolçu əsas komandada ümumilikdə 42 matç (1 qol) keçirib.
 
"Qəbələ" İdman Klubu Mehbalıyevlə Şahverdiyevə "qırmızı-qara" forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki paylarına görə təşəkkür edib, gələcək karyeralarında yeni-yeni uğurlar arzulayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest