21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu görüşünü keçirib

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu görüşünü keçirib. Matc.az xəbər verir ki, Milan Obradoviçin baş məşqçi olduğu komanda 10-cu turda səfərdə Norveçin müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gəlib.

Drammen şəhərindəki "Marienlist" stadionunda baş tutan qarşılaşmanı Luka Bilbiyanın başçılıq etdiyi Bosniya və Herseqovinadan olan hakimlər idarə edib.

Norveç seçməsi 9 oyundan sonra 21 xalla ikinci pillədə qərarlaşmışdı. Azərbaycan millisi isə 7 xalla 5-ci sıradaydı. Komandamız üçün bu oyun sadəcə xal ehtiyatını artırmaq baxımından əhəmiyyət daşıyırdısa, Norveç qalib gəlməklə qrupun da qalibi ola bilərdi. Belə də olub. üç qolluq qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Aç-2023-ün seçmə mərhələsi
A qrupu
14 iyun

Norveç – Azərbaycan 2:1
Qol: Y.Larsen, 54. E.Botheim, 77 – İ.Ələkbərov, 65.
Baş hakim: Luka Bilbiya (Bosniya və Herseqovina)
Drammen. "Marienlist" stadionu.

Norveç: 1. Kristoffer Klaesson, 2. Sebastian Soraaş, 3. Henrik Heggheim, 4. Jesper Daland, 5. Fredrik Oppegard, 6. Yohan Hove, 9. Yorgen Larsen, 11. Emil Konradsen (19. Markus Solbakken, 63), 16. Kristian Arnstad (8. Hakon Evjen, 46), 20. Erik Botheim (k), (7. Huqo Vetlesen, 90), 21. Tobias Kristensen, (10. Osame Sahraoui, 57).
Ehtiyat oyunçular: 12. Mads Kristiansen, 14. Ole Martin Kolskogen, 15. Eskil Smidesang Edh, 18. Martin Polumbo, 22. Aune Selland.
Baş məşqçi: Leif Gunnar Smerud.

Azərbaycan: 12. Əkpər Vəliyev, 2. Zamiq Əliyev, 4. Nihad Quliyev, 5. Rauf Hüseynli (k), 7. Elvin Cəfərquliyev, 9. Musa Qurbanlı, 11. Şakir Seyidov, 13. Ceyhun Nuriyev (6. İldar Ələkbərov, 61), 16. Ədilxan Qarəhmədov (8. Səbuhi Abdullazadə, 88), 18. Abdullah Xaybullayev (17. Rüfət Abdullazadə, 61), 19. Rüstəm Əhmədzadə.
Ehtiyat oyunçular: 22. Eldar Tağızadə, 3. Arsen Ağcabəyov, 10. Asim Əlizadə, 14. Fərid Yusifli, 15. Rəhim Cəfərli, 21. İsmayıl Sülfüqarlı.
Baş məşqçi: Milan Obradoviç.

Xal durumu: Norveç – 24, Xorvatiya – 22, Finlandiya – 19, Avstriya – 16, Azərbaycan – 7, Estoniya – 0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest