"Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiç mövsümün sonunda klubunu dəyişəcək. Rəhbərlik xorvatiyalı futbolçunu saxlamaqda maraqlı deyil. Frenk de Yonqla heyətini gücləndirən kataloniyalılar Rakitiçə yeni müqavilə təklifi etməmək qərarına gəliblər.

"Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiç mövsümün sonunda klubunu dəyişəcək. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, rəhbərlik xorvatiyalı futbolçunu saxlamaqda maraqlı deyil.

Frenk de Yonqla heyətini gücləndirən kataloniyalılar Rakitiçə yeni müqavilə təklifi etməmək qərarına gəliblər. Onun xidmətində hazırda "İnter" və PSJ maraqlıdı. İspaniya nəhəngi 30 yaşlı oyunçunu 60 milyon avroya satmağı planlaşdırır.

Qeyd edək ki, İvan Rakitiçin "Barselona" ilə müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest