Bu gün Avropa Konfrans Liqasında 2022/23 mövsümünün ilk püşkü atılıb. Matc.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbirdə 1-ci təsnifat mərhələsinin cütlükləri müəyyənləşib.

Bu gün Avropa Konfrans Liqasında 2022/23 mövsümünün ilk püşkü atılıb. Matc.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbirdə 1-ci təsnifat mərhələsinin cütlükləri müəyyənləşib.
 
Bu mərhələdə iştirak edəcək 60 komanda 30 cütü formalaşdırıb.
 
1-ci təsnifat mərhələsinin oyunları iyulun 7-si və 14-də keçiriləcək. 
 
Azərbaycanı təmsil edəcək "Neftçi", "Zirə" və "Qəbələ" komandaları mübarizəyə 2-ci təsnifat mərhələsindən qoşulacaqlar.
 
Avropa Konfrans Liqası
1-ci təsnifat mərhələsi
 
"Alaşkert" (Ermənistan) - "Hamrun Spartans" (Malta)
"Laçi" (Albaniya) - "İskra" (Monteneqro)
"Buduçnost" (Monteneqro) - "Lapi" (Kosovo)
"Breydablik" (İslandiya) - "Santa-Koloma" (Andorra)
"Dinamo" (Minsk, Belarus) - "Deçiç" (Monteneqro)
"Poqon" (Polşa) - "Reykyavik" (İslandiya)
"Lexiya" (Polşa) - "Pandev Akademiyası" (Makedoniya)
"Liepaya" (Latviya) - "Gilyani" (Kosovo)
"Qzira Yunayted (Malta) - "Atletik" (Andorra)
"Dunayska Streda" (Slovakiya) - "Kliftonvill" (Şimali İrlandiya)
"Tre Penne" (San Marino) - "Tuzla Siti" (Bosniya və Herseqovina)
"HB Torshavn" (Farer adaları) - "Nyutaun" (Uels)
"İnter" (Finlandiya) - "Drita" (Kosovo)
"Sfintul George" (Moldova) - "Mura" (Sloveniya)
"Borats" (Bosniya və Herseqovina) - "B-36 Torshavn" (Farer adaları)
"Vikinqur" (Farer adaları) - "Europa" (Cəbəllütariq)
"Saburtalo" (Gürcüstan) - "Partizani" (Albaniya)
"Meqpays" (Cəbəllütariq) - "Kruseyders" (Şimali İrlandiya)
"Dinamo" (Tiflis, Gürcüstan) - "Payde" (Estoniya)
"Panevejis" (Litva) - "Milsami" (Moldova)
"KuPS" (Finlandiya) - "Dila" (Gürcüstan)
"Rujomberok" (Slovakiya) - "Jalgiris" (Litva)
"Olimpiya" (Lyublyana, Sloveniya) - "Differdanj" (Lüksemburq)
"Larne" (Şimali İrlandiya) - "Sent-Cozefs" (Cəbəllütariq) - 
"Bala Taun" (Uels) - "Slayqo Rovers" (İrlanidya)
"Tre Fyori" (San Marino) - "Fola" (Lüksemburq)
"Şkendiya" (Şimali Makedoniya) - "Ararat" (Ermənistan)
"Floriana" (Malta) - "Petrokub" (Moldova)
"Flora" (Estoniya) - "Seynayoki" (Finlandiya)
"Derri Siti" (İrlandiya) - "Riqa" (Latviya)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest