UEFA Millətlər Liqasının qrup mərhələsinin 4-cü turunun oyunlarından sonra statistik göstəricilər açıqlanıb.

UEFA Millətlər Liqasının qrup mərhələsinin 4-cü turunun oyunlarından sonra statistik göstəricilər açıqlanıb. Matc.az xəbər verir ki, Azərbaycan yığması 4 tur ərzində ən çox top qazanan komandalar sırasında yer alıb.
 
Milli üzvləri oyunlarda 172 dəfə buna nail olublar. Komanda bu göstəricidə 4-cü pillədə qərarlaşıb.
 
Avstriya seçməsi (180) birinci sırada yer alıbsa, Azərbaycan yığmasının qrupdakı rəqibi Qazaxıstan Danimarka millisii ilə birlikdə 2-3-cü yerləri bölüşdürür. Hər iki komanda ümumilikdə 174 dəfə top qazana bilib.
 
Azərbaycan millisi 4-cü turda Bakıda Belarusu 2:0 hesabı ilə məğlub edib. Komandamız 4 oyuna topladığı 4 xalla qrupunda 3-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest