"Milan"ın 22 yaşlı ispaniyalı yarımmüdafiəçisi Brahim Dias komanda yoldaşı Zlatan İbrahimoviç haqda fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, Dias 40 yaşlı isveçlini atası kimi qəbul etdiyini bildirib:
 
"Zlatan atamla eyni yaşdadır, amma buna baxmayaraq, yenə də oyunların taleyini həll etməyi bacarır. O, mənim üçün paltardəyişmə otağında ata kimidir. Top məndə olanda ona verməliyəm ki, hirslənməsin.
 
O, qalib gəlməyi, məşqdə işləməyi sevən və bunu başqalarına da ötürən biridir. İbra bütün oyunçuları motivasiya edir. Sizi məcbur edir ki, əlinizdən gələnin ən yaxşısını edəsiz".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest