Konsert proqramında rəsmi şəxslər və mini futbol üzrə milli komandanın baş məşqçisi Elşad Quliyev çıxış edəcək, xüsusi avtobusla kubok tamaşaçılara təqdim olunacaq, müğənnilər Zülfiyyə Xanbabayeva, Miri Yusif və Səmra çıxış edəcəklər.

Mini futbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilmiş Avropa çempionatının qalibi olub. Matc.az xəbər verir ki, millimiz tarixində ikinci dəfə qatıldığı Avropa çempionatının finalında Rumıniya millisinə 1:0 qalib gələrək qızıl medallara sahib çıxıb.
 
Bu qələbə münasibətilə iyunun 15-də saat 19:00-da Bakı bulvarının ərazisində (Zəfər parkı ilə üzbəüz) konsert proqramı təşkil olunacaq. Milli komandanın iştirakı ilə keçiriləcək konsertin təşkilatçıları Gənclər və İdman Nazirliyi, Azərbaycan Mini Futbol Federasiyası, "Azfar Group", "Zirə" Peşəkar Futbol Klubu, sponsor isə "Nar" şirkətidir. 
 
Konsert proqramında rəsmi şəxslər və mini futbol üzrə milli komandanın baş məşqçisi Elşad Quliyev çıxış edəcək, xüsusi avtobusla kubok tamaşaçılara təqdim olunacaq, müğənnilər Zülfiyyə Xanbabayeva, Miri Yusif və Səmra çıxış edəcəklər. 
 
Futbol azarkeşləri və şəhər sakinləri konsert proqramına dəvət edilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest