Futbol üzrə Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev komanda yoldaşı Qara Qarayevə dəstək nümayiş etdirib. Matc.az xəbər verir ki, hadisə UEFA Millətlər Liqası çərçivəsində ötən gün baş tutan Belarusla matçdan əvvəl baş verib.
 
Şahruddin Qaranın millidəki formasını geyinərək şəkil çəkdirib və bunu "İnstaqram" hesabında paylaşıb.
 
Qeyd edək ki, Qarayev UEFA Millətlər Liqasının bu mövsüm baş tutan 4 matçının hər birində ehtiyat oyunçular skamyasında yer alıb. Baş məşqçi Canni de Byazi Qaranı heç bir oyunda əsas heyət üzvü kimi oynatmayıb. Bu üzdən Şahruddin həm milli, həm də klubdakı komanda yoldaşı olan Qaranın forması ilə şəkilini paylaşaraq ona dəstək jesti göstərib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest