Baş məşqçi axtarışlarını davam etdirən "Neftçi" bu posta türkiyəli mütəxəssis gətirə bilər. Matc.az saytının əldə etdiyi məlumata görə, "ağ-qaralar" Ərtoğrul Sağlamla danışqılar aparıb. Artıq tərəflər arasında danışıqlar baş tutub və razılıq əldə olunub.

"Neftçi" klubunun İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev əməkdaşımızla söhbətində bildirib ki, baş məşqçi postuna namizədlər siyahısında Ərtoğrul Sağlamın da adı olub: "Onunla danışılıb. Hazırda isə razılıq barədə konkret fikir söyləyə bilmərəm".

Ərtoğrul Sağlam bu ilin fevralından Cənubi Azərbaycanın "Traktor" klubuna başçılıq edir. O, 2018-ci ildə də Təbriz klubunda baş məşqçi kimi çalışıb. Amma həmin vaxt onun bu klubdakı fəaliyyəti qısa sürüb.

52 yaşlı mütəxəssis 2010-cu ildə "Bursaspor"la Türkiyə Super Liqasının qalibi olub. O, "Kayserispor", "Beşiktaş", "Əskişəhərspor", "Yeni Malatyaspor" və "Samsunspor" kimi komandalara da rəhbərlik edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest