Komanda 2014/15 mövsümündən sonra geridə qalan mövsümdə yenidən ölkənin ən yaxşısı adını qazanıb. Poznan klubu ötən mövsüm Polşa Ekstraklasasında 34 matçda 74 xal toplayıb və ən yaxın izləyicisi "Rakuv"u 5 xal üstələyib. Komandanın ən məhsuldar oyunçusu 18 qolla Mikael İşak olub.

"Qarabağ"ın UEFA çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Polşanın "Lex" klubu 1922-ci ildə yaradılıb. Matc.az xəbər verir ki, bu il 100 illiyini qeyd edən Poznan təmsilçisi ev oyunlarını 43 269 azarkeş tutumuna malik "Miejski" stadionunda keçirir.
 
"Lex" 1948-ci ildə debüt etdiyi Polşa çempionatında 8 dəfə qalib olub. Komanda 5 dəfə Polşa Kubokuna, 6 dəfə isə Polşa Super Kubokuna yiyələnib. Klubun prezidenti Karol Klimçakdır. Son mövsümdə komandanın baş məşqçisi Maçey Skorja olub. Ancaq o, mövsüm bitdikdən sonra şəxsi səbəblərə görə müddəti başa çatan müqaviləsini uzatmayıb və komandanı tərk edib. "Lex" hazırda baş məşqçisizdir.
 
Komanda 2014/15 mövsümündən sonra geridə qalan mövsümdə yenidən ölkənin ən yaxşısı adını qazanıb. Poznan klubu ötən mövsüm Polşa Ekstraklasasında 34 matçda 74 xal toplayıb və ən yaxın izləyicisi "Rakuv"u 5 xal üstələyib. Komandanın ən məhsuldar oyunçusu 18 qolla Mikael İşak olub.
 
ölkə çempionu avrokuboklardakı ən böyük uğurunu 2009 və 2011-ci illərdə əldə edib. Həmin vaxt Polşa təmsilçisi Avropa Liqasında 1/16 finaladək irəliləyib.
 
"Qəbələ" və "İnter"in (hazırkı "Şamaxı") sabiq futbolçusu Nika Kvekveskiri də hazırda bu klubun formasını geyinir. 30 yaşlı yarımmüdafiəçi 2015/2016 mövsümündə Bakı təmsilçisində, 2016/2017 mövsümündə isə "qırmızı-qaralar"da çıxış edib.
 
"Qarabağ" ilk oyununu 5-6 iyulda səfərdə, cavab qarşılaşmasını isə 12-13 iyulda evdə keçirəcək.
 
Azərbaycan klubları indiyədək hazırkı Polşa çempionu ilə 8 dəfə üz-üzə gəlib, 1 qələbə, 1 heç-heçə və 6 məğlubiyyət əldə edib.
 
2005/2006 mövsümündə Yevlaxın "Karvan" komandası İntertoto Kubokunun I təsnifat mərhələsində bu komandaya rəqib olub. "Lex" Bakıda 2:1, Poznanda 2:0 hesabı ilə qalib gəlib.
 
2008/2009 mövsümündə "Xəzər Lənkəran" UEFA Kubokunun (hazırkı Avropa Liqası) I təsnifat mərhələsində bu komandaya rəqib olub. Lənkəran təmsilçisi Bakıda rəqibinə 0:1 hesabı ilə yenilib, "Lex"in yeganə qolunu hazırda Almaniya "Bayern"ində çıxış edən Robert Levandovski vurub. Poznandakı görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə bitib.
 
2010/2011 mövsümündə UEFA çempionlar Liqasının I təsnifat mərhələsində Bakı "İnter"i (hazırkı "Şamaxı") bu komanda ilə görüşüb. Bakıda "Lex", Poznanda "Şamaxı" eyni hesabla qalib gəlib. Penaltilər seriyasında isə Poznan təmsilçisi rəqibini 9:8 hesabı ilə üstələyərək mərhələ adlayıb.
 
2012/2013 mövsümündə "Xəzər Lənkəran" daha bir dəfə "Lex"lə görüşüb. UEFA Avropa Liqasının II təsnifat mərhələsində Lənkəranda rəqibi ilə 1:1 hesablı heç-heçə edən Azərbaycan təmsilçisi Poznanda məğlub olub - 0:1.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest