Polşanın "Lex" komandası UEFA çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"a rəqib olub. Matc.az xəbər verir ki, Polşa klubun saytında çL-in püşkünün nəticəsi barədə yazı işıq üzü görüb. Yazıda bunlar qeyd edilib:
 
"Doqquzqat Azərbaycan çempionu, yeddi dəfə ölkə kubokunun qalibi püşkatmanın üçüncü qrup səbəbində ən yüksək reytinqə malik komanda idi ki, o da bizə rəqib oldu. Heç şübhəsiz, "Lex"in qarşısında çətin vəzifə durur. Komandanı Avropa meydanlarında təcrübəsi olan rəqiblə oyun gözləyir. Onlar demək olar ki, hər il qrup mərhələsində çıxış edirlər. ötən mövsüm komanda Konfrans Liqasının H qrupunda ikinci yeri tutmuşdu. Yalnız "Bazel" qrupda "Qarabağ"dan güclü oldu. Pley-offda isə Azərbaycan təmsilçisi " Marsel"ə uduzaraq mübarizəni dayandırdı".
 
çL-in 1-ci təsnifat mərhələsində ilk oyunlar 5-6 iyulda səfərdə, cavab qarşılaşmaları isə 12-13 iyulda evdə keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest