"Qəbələ" 2022/23 mövsümünün hazırlığına sabah start verəcək. Matc.az xəbər verir ki, "qırmızı-qaralar" Qəbələdə bir araya gələcək.

"Qəbələ" 2022/23 mövsümünün hazırlığına sabah start verəcək. Matc.az xəbər verir ki, "qırmızı-qaralar" Qəbələdə bir araya gələcək.
 
İyunun 30-dək davam edəcək təlim-məşq toplanışı çərçivəsində iki yoxlama oyununun keçirilməsi planlaşdırılır.
 
Baş məşqçi Elmar Baxşıyevin yetirmələri iyulun 3-də Türkiyəyə yollanacaq. "Qırmızı-qaralar" Boludakı "Termal" otelində məskunlaşacaq. Ayın 13-dək davam edəcək hazırlıq çərçivəsində 2 yoxlama matçı baş tutacaq. "Qəbələ" iyulun 5-də Türkiyənin "Qaziantep", 12-də Rumıniyanın "çiksereda" klubu ilə qarşılaşacaq. 
 
Komandanın yeni mövsümə hazırlıq prosesinin növbəti bölümü Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin sabah təşkil olunacaq püşkatmasına əsasən müəyyənləşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest