"Yuventus"un liderinə çevrilir. Mən çox diqqətli insanam, ətrafımdakıları müşahidə etməyi sevirəm. Ronaldonu izləməkdən xüsusi zövq alıram. O, Useyn Bolt və Roje Federerə bənzəyir"

"Yuventus"un futbolçusu Corco Kyellini maraqlı açıqlamalarla diqqət mərkəzinə gəlib. Matc.az saytının məlumatına görə, "Football İtalia"ya danışan kapitan Kristiano Ronaldonu tərifləyib.

O, portuqaliyalının tədricən komandanın liderinə çevrildiyini deyib: "Buffonu əvəzləmək o qədər də asan iş deyil, amma Ronaldo getdikcə "Yuventus"un liderinə çevrilir. Mən çox diqqətli insanam, ətrafımdakıları müşahidə etməyi sevirəm. Ronaldonu izləməkdən xüsusi zövq alıram. O, Useyn Bolt və Roje Federerə bənzəyir. Avtomobil kimidir, hər zaman əlavə sürəti var. Ronaldonun təcrübəsindən yararlana bilərəm, dünyagörüşüm üçün maraqlı nüanslar əldə etmək olar".

Qeyd edək ki, "Yuventus" İtaliya A seriyasının cari mövsümündə keçirdiyi 23 oyunda 63 xal toplayıb və turnir cədvəlində liderdir. Ronaldo isə 18 qolla bombardirlər cədvəlinə başçılıq edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest