"Liverpul" "Benfika"nın futbolçusu Darvin Nunesi transfer edib. Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.
 
Uruqvaylı hücumçu ilə 6 illik müqavilə imzalanıb. Britaniya mətbuatı "Liverpul"un bu keçid üçün qarşı tərəfə 100 milyon avro ödəyəcəyini yazıb.
 
22 yaşlı forvard ötən mövsüm Portuqaliya çempionatında 28 oyuna çıxıb, 26 qol vurub və 4 məhsuldar ötürmə müəllifi olub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest