"Mançester Yunayted"dən azad agent qismində ayrılan Nemanya Matiç "Roma"ya keçib. Matc.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
33 yaşlı serb futbolçu yeni klubu ilə 1 illik anlaşmaya imza atıb. Dayaq yarımmüdafiəçisi "canavarlar"ın sıralarında 21 nömrəli formanı geyinəcək. 
 
Matiç 2017-ci ildə "çelsi"dən MY-yə keçib. Son mövsümdə bütün turnirlərdə 32 matça çıxan serbiyalı oyunçu 4 məhsuldar ötürmə müəllifi olub. O, həm "zadəganlar"ın, həm də "qırmızı şeytanlar"ın heyətində "Roma"nın indiki baş məşqçisi Joze Mourinyunun rəhbərliyi altında çıxış edib.
 
Matiç daha əvvəl "Benfika"da da oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest