Rusiyanın çSKA klubu Vladimir Fedotovun komandanın baş məşqçisi təyin olunduğunu açıqlayıb. Matc.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
 
55 yaşlı rusiyalı ilə müqavilənin müddəti dəqiqləşməsə də, "hərbçilər" açıqlamada müqavilənin uzun müddət üçün nəzərdə tutulduğunu bildirib.
 
Fedotovla birlikdə çSKA-nın məşqçilər korpusunda onunla "Soçi"də çalışmış Oleq Fomenko, Murat İskakov və Radik Yamlıxanov yer alacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest