Türkiyənin "Kayserispor" komandasının yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra çağdaş Atan çalışdıracaq.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 42 yaşlı mütəxəssislə müqavilənin müddəti 2022/23 mövsümünün sonuna qədərdir.
 
çağdaş Atan daha öncə də "Kayserispor"da məşqçi kimi çalışıb. Belə ki, o, 2017-ci ildə bu komandada köməkçi məşqçi kimi fəaliyyət göstərib. Gənc məşqçi 2020/21 mövsümündə "Alanyaspor"un baş məşqçisi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest