Braziliyalı müdafiəçi Daniel Alveş "Barselona"dan ayrıldığını açıqlayıb. Matc.az xəbər verir ki, bu barədə braziliyalı futbolçu sosial şəbəkədə yazıb.
 
O, Kataloniya təmsilçisindən yeni müqavilə təklifi almadığını və ötən ilin noyabrında imzaladığı sözləşmənin müddəti başa çatdığı üçün klubla vidalaşdığını bildirib. Alveş iyunun 30-da başa çatacaq müqaviləsinin sonunda azad agentə çevriləcək.
 
Müdafiəçi ötən mövsüm "Barselona"nın heyətində bütün turnirlər çərçivəsində 16 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
 
Alveş 2021-ci ilin noyabrında Kataloniya klubuna qayıtmışdıb. O, daha əvvəl 2008-2016-cı illərdə "Barselona"da çıxış edib.
 
Yeri gəlmişkən, "Barselona" növbəti transferini həyata keçirib. Kataloniya təmsilçisi rəsmi saytı vasitəsi ilə "Rasinq"in 19 yaşlı yarımmüdafiəçisi Pablo Torreni heyətinə qatdığını açıqlayıb. Torre ilə müddəti 2026-cı ilə qədər olan müqavilə imzalanıb. Sözügedən oyunçunun transferi yeni klubuna 5 milyon avroya başa gəlib.
 
Son mövsümdə İspaniya Sequndasında 11 matça çıxan Torre 1 qol vurub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest