"Azərbaycan klubları hər zaman digərləri ilə yanaşı, braziliyalı futbolçulara üstünlük verməsi ilə seçilib və hazırda "Qəbələ"nin heyətində bir neçə yüksək səviyyəli legioner var"

"Azərbaycan klubları hər zaman digərləri ilə yanaşı, braziliyalı futbolçulara üstünlük verməsi ilə seçilib və hazırda "Qəbələ"nin heyətində bir neçə yüksək səviyyəli legioner var". Matc.az xəbər verir ki, bunu "Qəbələ"nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan Macarıstanın "Fehervar" klubunun idman direktoru İştvan Saploy püşkü dəyərləndirərkən deyib.
 
Klub rəsmisi bildirib ki, "qırmızı-qaralar"ın heyətində də daim rəqibi təhlükə altında saxlayan 4 braziliyalı çıxış edir:
 
"Qəbələ" narahat rəqibdir. Amma heç nəyə baxmayaraq, irəliləmək istəyirik".
 
Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin oyunları 21-28 iyulda olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest