2022-ci il "Golden Boy" mükafatına namizədlərin siyahısı məlum olub. Matc.az xəbər verir ki, İtaliyanın "Tuttosport" nəşri Avropanın 21 yaşa qədər ən yaxşı gənc futbolçusu mükafatı uğrunda mübarizə aparan 100 futbolçunun siyahısını təqdim edib.
 
Namizədlər arasında Dortmund "Borussiya"sının yarımmüdafiəçiləri Cud Bellingem və Kari Adeyemi, "Real"ın yarımmüdafiəçisi Eduardo Kamavinqa, "Barselona"nın futbolçuları Pedri, Ansu Fati və Qavi, "Bayern"in yeni futbolçusu Rayan Qravenberx, Kiyev "Dinamo"sunun müdafiəçisi İlya Zabarnı və başqaları var.
 
"Golden Boy" mükafatının hazırkı qalibi "Barselona"nın 19 yaşlı yarımmüdafiəçisi Pedridir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest