Türkiyənin "Ankaragücü" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi portuqaliyalı yarımmüdafiəçi Pedrinyonu transfer edib. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Jil Visente"dən transfer olunan 29 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
 
Pedrinyo 2021-ci ilin yanvarından "Jil Visente"də çıxış edirdi. O, ötən mövsüm bu komandanın heyətində 34 oyunda meydana çıxıb, 14 məhsuldar ötürmə ilə yadda qalıb. Portuqaliyalı futbolçu ölkəsində mövsümün ən yaxşı "11-liy"i arasına da düşüb.
 
"Ankaragücü" öz futbolçularından Erdi Dikmeni də 3 milyon TL qarşılığında "Altınordu"ya satdığını açıqlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest