Türkiyə Futbol Federasiyasının (TFF) yeni prezidenti bəlli olub. Matc.az xəbər verir ki, bu vəzifəyə yeganə namizəd olan Mehmet Böyükekşi seçilib.
 
52 yaşlı funksioner 209 nəfər nümayəndədən 158-nin səsini qazanıb.
 
Funksioner bu postda apreldə istefa verən Nihat özdemiri əvəzləyib.
 
Xatırladaq ki, Mehmet Böyükekşi 2019-2021-ci illərdə "Qaziantep" klubunun prezidenti olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest