Avropa Liqasında 1/16 final mərhələsində növbəti oyunlar keçirilib. Matc.az xəbər verir ki, gün ərzində 15 qarşılaşma baş tutub.

Türkiyə təmsilçisi "Qalatasaray" öz meydanında "Benfika"ya məğlub olub.

Azərbaycan çempionu "Qarabağ"ın rəqibləri olmuş BATE və "Arsenal" Belarusda üz-üzə gəlib. Belarus təmsilçisi böyük sensasiyaya imza ataraq, güclü rəqibinə qalib gəlib.

Favoritlərdən "çelsi" və "Napoli" səfər qələbəsinə seviniblər.

 

Avropa Liqası

1/16 final

İlk oyunlar

14 fevral

"Brügge" (Belçika) - "Zalsburq" (Avstriya) - 2:1
Densvil, 65; Uesli, 81 - Yunuzoviç, 18

"Malmö" (İsveç) - "çelsi" (İngiltərə) - 1:2
Kristiansen, 80 - Barkli, 30; Jiru, 58

"Seltik" (Şotlandiya) - "Valensiya" (İspaniya) - 0:2
çerışev, 42; Sobrino, 49

"Sportinq" (Portuqaliya) - "Vilyarreal" (İspaniya) - 0:1
Alfonso, 3

"Sürix" (İsveçrə) - "Napoli" (İtaliya) - 1:3
Kolollo, 83 (pen.) - İnsinye, 12; Kalyexon, 21; Zielinski, 77

"Şaxtyor" (Ukrayna) - "Ayntraxt" (Almaniya) - 2:2
Marlos, 9 (pen.), Tayson, 67 - Hinteregger, 7; Kostiç, 50

"Viktoriya" (çexiya) - "Dinamo" (Xorvatiya) - 2:1
Pernika, 54, 83 - Olmo, 41

"Krasnodar" (Rusiya) – "Bayer" (Almaniya) - 0:0

"Qalatasaray" (Türkiyə) - "Benfika" (Portuqaliya) - 1:2
Luyindama, 54 - Salvio, 27; Seferoviç, 64

"Latsio" (İtaliya) - "Sevilya" (İspaniya) - 0:1
Ben Yedder, 22 

 

"Rapid" (Avstriya) - "İnter" (İtaliya) - 0:1
Martines, 39 (pen.)

"Renn" (Fransa) – "Betis" (İspaniya) - 3:3
Hunonu, 2; Qarsiya, 11 (avtoqol); Ben Arfa, 45+3 - Lo Qelso, 32; Sidney, 62; Laynez, 90

"Slaviya" (çexiya) - "Genk" (Belçika) - 0:0

BATE (Belarus) - "Arsenal" (İngiltərə) - 1:0
Deaqun, 45

"Olimpiakos" (Yunanıstan) - "Dinamo" (Ukrayna) - 2:2
Hassan, 10; Dias, 40 - Buyalski, 28; Verbiç, 90

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest