İspaniya Futbol Federasiyası bundan sonra ölkənin qadın və kişilərdən ibarət yığma komandalarında çıxış edən futbolçular arasında heç bir fərq qoyulmayacağını açıqlayıb. Matc.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, bundan sonra qadın futbolçular da həmcinsləri ilə bərabər hüquqlara malik olacaqlar. Belə ki, hər iki yığmanın üzvləri qazandıqları uğurlara görə bərabər məbləğdə mükafat alacaqlar. Buna qədər kişi futbolçular daha ciddi məbləğlər qazandığı halda, qadın futbolçularda bu məbləğ cüzi idi.
 
Federasiya bu barədə qanunun qarşıdakı 5 il üçün nəzərdə tutulduğunu da bəyan edib.
 
Xatırladaq ki, daha öncə oxşar qərar ABŞ Futbol Federasiyası tərəfindən açıqlanmışdı. Lakin sözügedən ölkədə oxşar qanun qadın futbolçular, xüsusilə də milli üzvlərinin ciddi etirazlarından sonra qəbul olunmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest