AFFA-nın təşkil etdiyi AFFA U-12 Liqasında 2021/2022-ci illər mövsümünə yekun vurulub. Matc.az xəbər verir ki, Liqanın final qarşılaşmasında "Vətən" və "Sabah" komandaları üz-üzə gəlib.
 
Həlledici oyunda rəqibi üzərində 3:0 hesabı ilə inamlı qələbə qazanan "Sabah" komandası AFFA U-12 Liqasının qalibi olub. 
 
üçüncü yer uğrunda görüşdə isə UGİŞM-1 (Sumqayıt) komandasıni 7:0 hesabı ilə məğlub edən "Neftçi" bürünc medallara sahib olub. 
 
Final qarşılaşmasından sonra qalib komandalara medallar və diplomlar, çempion "Sabah"a isə kubok təqdim edilib. "Vətən" komandasının üzvü Məhəmməd Bəşirov "fair-play" mükafatına layiq görülüb. Mükafatları AFFA-nın baş katibinin müavini Kamran Vəliyev, futbol veteranı Rüstəm Rəhimov, Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinin rəisi Yusif Vəliyev təqdim ediblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest